image-42backend

Azərbaycanlı futbolçu Ukrayna klubunda ilk qollarını vurub

image-reklam_sirab_01

Ukraynanın “Aleksandriya” klubunda çıxış edən azərbaycanlı futbolçu Emil Mustafayev əsas komandanın heyətində ilk qollarını vurub.

Veteninfo.az-ın məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi “Metallist 1925” komandasını 5:2 hesabı ilə məğlub etdiklləri Ukrayna Kubokunun 1/8 final oyununda dubl edib.

Mustafayev 24-cü və 29-cu dəqiqələrdə komandasının ilk iki qolunun müəllifi olub. Gənc oyunçu yerli mətbuata açıqlamasında emosiyalarını sözlə ifadə edə bilmədiyini söyləyib: “Hazırda hisslərimi təsvir etmək çətindir. Bunlar əsas komandada ilk qollarımdır. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, 2018-ci ildən “Aleksandriya”nın şərəfini qoruyan Emil Mustafayev əsas komandada 3 oyunda meydanda olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki