Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində 93 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, deportasiya tədbirləri nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya şəraitində həyata keçirilib.
Məlumata əsasən, ölkədən deportasiya edilən şəxslər Hindistan, İordaniya, Rusiya, Kuba, Türkmənistan, Azərbaycan, İraq, Türkiyə, Kamerun, Nigeriya, Banqladeş, Benin, Efiopiya, Misir, Yamayka, Sudan, Əlcəzair və digər ölkələrin vətəndaşlarıdır.
İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxslər “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna əsasən ölkədə qanuni əsas olmadan qalıblar.
Nazirlik bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən həmin şəxslərin Gürcüstana girişi qadağan edilib.


























