image-53backend

“Barselona” Ronald Kumanı istefaya göndərdi

image-reklam_sirab_01

Kataloniya klubu 58 yaşlı mütəxəssislə yollarını ayrıdığını açıqlayıb.

Veteninfo.az xəbər verir ki, dünən Mavi Qarnet La Liqada “Rayo Vallecano”ya (0-1) səfərdə məğlub olub və klub prezidenti Joan Laporta Ronaldo Kumana istefasını elan edib.
“Barsa” son turda “El klasiko”da evdə “Real Madrid”ə uduzub (1:2). 10 görüşdə 15 xal toplayan komanda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Çempionlar Liqasında 3 turdan sonra 3 xalla “Blauqrana” qrupda 3-cü yeri tutur.

Kuman 2020-ci ildə Hollandiya millisinin baş məşqçisi vəzifəsini tərk edərək “Barselona”da işləməyə başlayıb.

Ötən mövsüm “Barsa” İspaniya kubokunu qazansa da, 1/8 finalda Çempionlar Liqasını tərk edərək La Liqada üçüncü yeri tutub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki