image-25backend

“Bazel”in baş məşqçisi: “Qarabağ”ın daha çox xal itirəcəyini düşünmürəm”

image-reklam_sirab_01

“Qalib gəlsəydik belə, yenə növbəti görüşdə mütləq qələbə qazanmalıydıq. Yəni, bu nəticə heç nəyi dəyişməyəcək”.

Veteninfo.az-ın məlumatına görə, bunu İsveçrənin “Bazel” komandasının baş məşqçisi Patrik Rahmen Kiprdə “Omoniya” ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin IV tur oyunu barədə “Telebasel” nəşrinə açıqlamasında deyib.

52 yaşlı mütəxəssis V turda “Kayrat”la Qazaxıstandakı görüşdə 3 xala ehtiyaclarının olduğunu bildirib: “Çünki “Qarabağ”ın daha çox xal itirəcəyini düşünmürəm. Biz öz oyunumuza baxmalıyıq. Hələlik qrup lideri olmaq şansımız var”.

Qeyd edək ki, 4 oyundan sonra “Qarabağ” 10 xalla H qrupunda liderdir. “Bazel” 8 xalla ikinci pillədə qərarlaşıb. Hər iki komanda UEFA Konfrans Liqasında pley-off mərhələsinə vəsiqəni təmin edib.

V turda “Omoniya”nı qəbul edəcək Ağdam təmsilçisi sonuncu – VI turda “Bazel”in qonağı olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki