Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehranla Vaşinqton arasında vasitəçilər üzərindən aparılan müzakirələrin əsasını İranın hazırda daha yığcam formaya salınmış yeddi mərhələli planı təşkil edir.
Vətəninfo.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında danışan Bəqayi planın icrasına hazır olmağın İranın xoşniyyətli yanaşmasını nümayiş etdirdiyini deyib. Onun sözlərinə görə, İranın tələbləri yerinə yetirilərsə, qısa müddət ərzində Hörmüz boğazında təhlükəsizliyi bərpa etmək və danışıqlar prosesinə başlamaq mümkündür.
Bəqayi əlavə edib ki, prosesin gələcəyi ABŞ-nin mövqeyindən və bu istiqamətdə hansı addımları atacağından asılıdır.


























