“Beşiktaş” – “Fənərbağça” matçı avqustda Bakı Olimpiya Stadionunda keçiriləcək”.
Veteninfo.az xəbər verir ki, bu iddia ilə məşhur türkiyəli jurnalist, futbol şərhçisi Ərtəm Şənər çıxış edərək, 2011-ci ildə keçirilməmiş Türkiyə Super Kubokunun finalı Bakıda oynanılacağını qeyd edib.
Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev isə Oxu.Az-a açıqlamasında onlarda belə bir məlumat olmadığını bildirib.