image-reklam-veteninfo
image-x1backend

“Bizim üçün əsas məsələ insana yalnız məlumat verməkdeyil, onu xidmətə qədər müşayiət etməkdir”

image-reklam-veteninfo

“Gender TərəqqiMaarifləndirmə İctimai Birliyi Sədri Kamran Rzayev Vətəninfo.az-a müsahibəsi

 

Təşkilatınıza müraciət edən şəxs konkret olaraq hansıxidmətlərdən yararlana bilər?

Biz çalışırıq ki, müraciət edən şəxs bir neçə müxtəlifyerə getmədən mümkün qədər çox xidmət haqqında məlumat vədəstək ala bilsin. İlk növbədə kişilər arasında İİV və İPPI-lərin profilaktikası iləbağlı məlumatlandırma aparılır. Şəxslərə təhlükəsiz cinsidavranış, İİV-dən qorunma yolları və profilaktik vasitələr barədəməlumat verilir. Pulsuz prezervativ və lubrikantlar təqdim edirik. Eyni zamandaİİV və İPPI üzrə pulsuz və anonim test xidmətlərinə çıxış imkanıyaradırıq. Testlər həm təşkilatın ofisində, həm də regionlardamobil laboratoriyaların imkanlarından istifadə etməklə həyatakeçirilir. Əgər test nəticəsində İİV müəyyən olunarsa, biz insanı təkburaxmırıq. Onun Respublika QİÇS-lə Mübarizə Mərkəzinəmüraciət etməsinə, tibbi qeydiyyata alınmasına və müvafiqterapiyanı əldə etməsinə dəstək göstəririk.

Yəni fəaliyyətiniz testlə bitmir?

Xeyr, qətiyyən. Bizim üçün test yalnız prosesin birmərhələsidir. İİV-in profilaktikasında əsas məqsəd riskin azaldılması vəinfeksiyanın erkən müəyyən edilməsidir. Əgər infeksiyaaşkarlanırsa, növbəti mərhələ insanın müalicəyə çıxışının təminedilməsidir. Bundan başqa, təşkilatımızda psixoloq və endokrinoloqxidmətləri də mövcuddur. Psixoloji konsultasiyalar kişilərarasında kifayət qədər tələb olunur. İnsanlar şəxsi münasibətlər, sosial problemlər, emosional vəziyyət və müxtəlif psixolojiçətinliklərlə bağlı müraciət edə bilirlər. Endokrinoloqumuz isə hormonal disfunksiyalar və gender sağlamlığı ilə bağlı tibbi ehtiyacları olan kişilərə konsultasiyaverir.

Onlayn xidmətlər də göstərirsiniz?

Bəli. Bu gün onlayn fəaliyyət çox vacibdir. Bəziinsanlar üz-üzə müraciət etməkdə çətinlik çəkirlər. Ona görə dəonlayn platformalar vasitəsilə İİV profilaktikası, təhlükəsizdavranış, test və digər xidmətlər haqqında məlumat veririk. Biz həmçinin çap materiallarından istifadə edirik. Məqsədimizməlumatın insan üçün mümkün qədər əlçatan olmasıdır. Bizim üçün əsas prinsip budur: insan məlumat almaq üçünmüraciət edibsə, ona yalnız bir məlumat verməkləkifayətlənməməliyik. Lazım gəldikdə onu testə, həkimə vəmüalicəyə qədər müşayiət etməliyik.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki