image-img-20230624-wa0044backend

Bu gün  azad edilmiş torpaqlarda geniş quruculuq işləri ilə məşğuluq

image-reklam_sirab_01

İyun ayının 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı bildirdi ki, Azərbaycan  üçün hazırda  prioritet məsələlərdən biri ordu quruculuğu, digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir.

Ölkə başçısı öz çıxışı zamanı onu da əlavə etdi ki, bu gün  azad edilmiş torpaqlarda geniş quruculuq işləri ilə məşğuluq. Keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qaytarılır. Azərbaycan   Ermənistanla sərhəd boyunca əlverişli mövqelərə sahibdir.  Strateji yüksəkliklərdə olmağımız bizə strateji üstünlük təmin edir.  Son iki il yarım ərzində Ordumuz böyük dərəcədə gücləndirilib.  Əgər bütün bu amilləri Ermənistan və onun arxasında dayanan xarici qohumları başa düşmürlərsə, onda günah onların boynundadır”.
Azərbaycanın dayanıqlı iqtisadi inkişafından bəhs edərkən ilk olaraq diqqət işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə yönəldilir. Bu il üçün laçınlıların Laçın şəhərinə mərhələli şəkildə qayıdışı aparılan işlərin sürəti barədə aydın təsəvvür yaradır. İşğaldan azad edilmiş ərazilərdə – Füzuli və Zəngilanda qısa müddətdə Beynəlxalq Hava limanlarının tikilib istifadəyə verilməsi həm Azərbaycanın iqtisadi imkanlarını, həm də bu torpaqların  müasir dövrün yeniliklərinə uyğun bərpa edildiyini təsdiqləyir. Laçında inşa edilən sayca   üçüncü Byynəlxalq Hava Limanı isə 2024-cü ilin sonu 2025-ci ilin əvvəllərində istifadəyə veriləcək.
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı bu mühüm məqamı da xüsusi vurğuladı ki,  uğurlu iqtisadi siyasətimiz  ordu quruculuğuna, yeni silahların, yeni texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılmasına geniş imkanlar yaradır. Uğurlu iqtisadi siyasətimiz, ölkəmizin artan gəlirləri nəzərə alınaraq, bu yaxınlarda dövlət büdcəsinə əlavələr edildi. Bu ilin dövlət büdcəsi müstəqil Azərbaycan tarixində rekord büdcədir. Ancaq buna baxmayaraq, ölkəmiz  əlavə vəsaiti əldə edən kimi büdcənin artırılmasına yeni böyük məbləğdə vəsait ayırdı. Burada iki əsas istiqamət müəyyən edilib  – birincisi, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi, ikincisi, hərbi potensialımızın gücləndirilməsi. Təkcə bu fakt özlüyündə onu göstərir ki, Azərbaycan  üçün hazırda  prioritet məsələlərdən biri ordu quruculuğu, digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Yalnız Laçın şəhərində qısa zamanda görülən işlərin timsalında bütün işğaldan azad edilmiş ərazilərdə görülən işlərin aydın təsəvvürünü yaratmaq mümkündür.
Ötən iki ildən artıq dövrdə işğaldan azad edilmiş  ərazilərdə infrastrukturun yenilənməsi, təkmilləşdirilməsi, yenidən qurulması prioritet məsələ kimi öndə dayandı. Bir mühüm hadisəni xüsusi qeyd etməliyik ki,  Qarabağın və  Şərqi Zəngəzurun dünyaya açılan  hava qapıları –  Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsinin strateji və iqtisadi əhəmiyyəti bu gün də  geniş müzakirə olunur, gələcəkdə bu torpaqlarımızın böyük investisiyalar məkanına çevrilməsində rolu xüsusi vurğulanır.
Bütün azad olunmuş ərazilər “ağıllı şəhər”, “ağıllı kənd” layihələri çərçivəsində bərpa olunur. Bu layihələrlə ölkəmizin imkanlarını, əzmini və gələcəyə baxışını nümayiş etdirmək niyyətimizi açıqlayan cənab İlham Əliyev daim bu fikri önə çəkir ki, böyük neft və qaz potensialına sahib, xam neft və neft məhsullarının, təbii qaz və elektrik enerjisi ixracatçısı olan Azərbaycan böyük məsuliyyət nümayiş etdirməli və “yaşıl enerji”yə fəal şəkildə sərmayə yatırmalıdır. Son zamanlar keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə ölkəmizin bu sahədə mövcud imkanları bir daha diqqətə çatdırılır.
Azad edilmiş ərazilərimiz böyük turizm potensialına malikdirlər. 30 ilə yaxın dövrdə mənfur düşmən bu potensialdan istifadə edərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışıb. Hazırda beynəlxalq səviyyədə ekspertlər bu reallığı xüsusi qeyd edirlər ki, Vətən müharibəsində Ermənistanın məğlubiyyəti, torpaqların əsl sahibinə qayıtması işğalçı dövlətdə iqtisadi böhranı daha da dərinləşdirəcək. Qarabağ Azərbaycanın əsas turizm zonasına çevriləcək. Beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstəriləcək. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra Qarabağ turistlərin sevimli məkanlarından biri olacaq.

Günel Aslanlı – AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki