image-1backend

Fatih Terim bu kluba baş məşqiçi gətirilir

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki ,  türkiyəli tanınmış mütəxəssis Fatih Terim yenidən işinin başına qayıdır.

Türkiyə mətbuatının yazdığına görə, Səudiyyə Ərəbistanının “Əş-Şəbab” klubu 71 yaşlı təcrübəli çalışdırıcını baş məşqçi postuna gətirmək istəyir.

Tanınmış insayder Nikola Şkiranın sözlərinə görə, “imperator” ləqəbli mütəxəssis Səudiyyə Ərəbistanı təmsilçisi ilə danışıqlar aparır. Mənbənin sözlərinə görə, tərəflər iki illik müqavilə bağlamaq üzrədir.

Türkiyə mətbuatının yaydığı xəbərlərdə isə ərəblər F.Terimə 6 ay+1 illik müqavilə təklif edib.

Xatırladaq ki, Fatih Terim daha çox “Qalatasaray” və Türkiyə millisindəki işi ilə tanınır. O, son olaraq Yunanıstanın “Panatinaikos” komandasında işləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image