1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində 115 saylı seçki dairəsindən deputatlığa namizəd Cavanşir Feyziyev seçicilərlə növbəti görüşünü keçirib.
Vətəninfo.az xəbər verir ki, Cavanşir Feyziyev 115 saylı Seçki Dairəsinin ərazisində olan Şəki rayonunun Qudula kənd sakinləri ilə görüşüb. Seçicilər Cavanşir Feyziyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər.