image-interpress_1811156023e53fdc4230917177516be4_jem7tfqr4ygsox1n83l0-620x336backend

Cəmi altı yaşı olan Anar amansız xəstəliyə qarşı mübarizə aparır – FOTO

image-reklam_sirab_01

Altı yaşlı Anar ağır xəstəliklə mübarizə aparır.

Bu barədə İnterpress.az-a onun atası Ceyhun Eyvazov məlumat verib.

O bildirib ki, övladı Anar Eyvazov kəskin leykozdan əziyyət çəkir:

“Biz övladımızın xəstəliyini bu ilin may ayında bildik. Elə xəstəliyi öyrənən kimi Belarusa getdik. Əlimizdəki bütün maddi gücü Anarın sağalması üçün sərf etsək də, artıq tükənmişik. Həkimlər tərəfindən qoyulan diaqnoz əsasında Anara ilik nəqli edilməlidir və bunun üçün bizə 130 min dollar vəsait lazımdır. Dama-dama göl olar. Xalqın dəstəyi ilə övladımı sağlamlığına qovuşdura bilərik. Anarın demək olar ki, iştahası yoxdur. Yemək yeyə bilmir”.
Anara kömək etmək istəyən şəxslər (+994 70) 344-19-99 nömrəsi vasitəsilə atası Ceyhun Eyvazov ilə əlaqə saxlaya və ya aşağıdakı bank kartına vəsait köçürə bilərlər.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vətəndaş Anar Eyvazovun ailə üzvü ilə əlaqə saxlanılıb.

Agentliyin açıqlamasında bildirilir: “Anar Eyvazov leykoz xəstəliyindən əziyyət çəkir. A.Eyvazov hazırda ölkə xaricində müalicə olunur. Vətəndaşa maddi dəstək orada göstərilən tibbi xidmətləri qarşılamaq üçün lazımdır. Agentlik tərəfindən ailəyə bildirilib ki, xəstənin vəziyyəti ilə bağlı Azərbaycanda yerləşən müvafiq tibb müəssisəsində tibbi baxış keçirildikdən sonra rəy verilə bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image