image-f394a3b6-a1b9-3bb6-8bad-d6eff0e9126e_850backend

Çempionlar Liqasının final oyunu Rusiyadan alına bilər

image-reklam_sirab_01

UEFA Çempionlar Liqasının final oyunu Rusiyanın Sankt-Peterburq şəhərindən alına bilər.

Veteninfo.az “Mirror”a istinadən xəbər verir ki, səbəb Rusiya və Ukrayna arasında DXR və LXR-in tanınması ilə bağlı artan münaqişədir.

Çempionlar Liqasının finalına ev sahibliyi etmək 70 milyon avroya başa gəlir. “Qazprom Arena”ya əsas alternativ İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionudur.

UEFA-nın lazım gələrsə, fövqəladə hallar planı hazırlamaqdan ötrü Ukrayna böhranını yaxından izlədiyi bildirilir.

Ötən mövsüm qitənin bir nömrəli klub turnirinin finalı oyuna 3 həftə qalmış Türkiyənin İstanbul şəhərindən alınaraq Portuqaliyanın Portu şəhərinə verilib.

Qeyd edək ki, cari mövsüm final oyunu mayın 28-də gerçəkləşəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki