İtaliyada “Atalanta” və İspaniya “Vilyarreal”ı arasında keçirilməli olan UEFA Çempionlar Liqasının qrup oyunu güclü qara görə təxirə salınıb.
Vətəninfo.az-ın Berqamo təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, matçın dekabrın 9-da oynanılması planlaşdırılır.
Qarşılaşma ilə bağlı yekun qərar daha sonra veriləcək.
00:16
İtaliyada “Atalanta” və İspaniya “Vilyarreal”ı arasında keçirilməli olan UEFA Çempionlar Liqasının qrup oyunu nəzərdə tutulan vaxtdan 20 dəqiqə gec başlayacaq.
Vətəninfo.az-ın məlumatına görə, Berqamodakı güclü qar səbəbindən qarşılaşmanın startı ləngiyir.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 00:00-da start götürməli idi.