Cəlilabad rayon Kazımabad kənd tam orta məktəbində “Çempionumuz” sosial idman layihəsi çərçivəsində boks idman növü üzrə Dünya və Avropa mükafatçısı olmuş İsmayıl Hüseynovla məktəblilərin görüş keçirilib.
Veteninfo.az xəbər verir ki, görüşdə Cəlilabad rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov, idarənin əməkdaşları, rayon Təhsil Şöbəsinin əməkdaşı Vüsal Şirəliyev, balaca idmançı Fatimə İbadlı və məktəblilər iştirak ediblər.
Tədbirdə çıxış edənlər “Çempionumuz” sosial idman layihəsinin məktəblilər arasında sağlam həyat tərzinin və idmanın təbliğ olunmasında xüsusi önəminin olduğunu bildiriliblər.
Azərbaycanda idmana göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı və kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışılıb.
İ. Hüseynov idmanda qazandığı uğurlar barədə məktəblilərə ətraflı məlumat verib, məktəbliləri maraqlandıran sualları cavablandırıb. Sonda xatirə şəkli çəkilib.