image-image_750x_646facd224790backend

Çexiya Ermənistan vətəndaşları üçün viza verilməsini dayandırdı

image-reklam_sirab_01

Çexiya Ermənistan vətəndaşları üçün viza verilməsini dayandırıb. Vətəninfo.az xəbər verir ki, Çexiyanın Ermənistandakı səfirliyi təşkilati və texniki səbəblərə görə Şengen vizası üçün müraciət edənlərin növbəsini müvəqqəti olaraq dayandırır.

Elanda qeyd olunur ki, mayın 17-dən sonra növbəyə çıxmaq üçün müraciət edən vətəndaşlar yuxarıda qeyd olunanlarla bağlı artıq cavab məktubu alıblar.

Səfirlik onu da bildirir ki, yeni qeydiyyat sistemi iyunun 15-dən istifadəyə veriləcək və beləliklə, onlar həmin tarixdən qeydiyyatı bərpa edəcəklər. Yeni qaydalar və növbələrin tutulma qaydası ilə bağlı elan əvvəlcədən səfirliyin internet səhifəsində və sosial şəbəkələrdə yerləşdiriləcək.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki