image-55backend

Çexiyada karantində qalan azərbaycanlı hakim: “Qoxu və dadbilmə 90 faiz qayıdıb”

image-reklam_sirab_01
Çexiyada koronavirus testi pozitiv çıxan azərbaycanlı hakim Zeynal Zeynalovun durumu yaxşıdır. 
O, bu haqda Qaynarinfo-ya açıqlamasında bildirib. Hazırda Çexiyada karantin rejimində olan Zeynalov səhhəti ilə bağlı bunları söyləyib:

 

“Hazırda Çexiyadayam. İnşallah 3-cü gün yenə test verməliyəm. Cavab neqativ çıxsa, 4-cü gün Azərbaycana qayıdacağam. Səhhətimlə bağlı hər şey qaydasındadır. Qoxu və dadbilmə itmişdi, 90 faiz qayıdıb. Çox güman 2 günə tamamilə qayıdar. Temperatur, öskürək yoxdur. Özümü yaxşı hiss edirəm”.
Zeynal bəy Bakıdan gedəndə testin neqativ olduğunu, amma Çexiyadakı yoxlanışdan sonra pozitiv çıxdığını söylədi:
“Bakıdan gedəndə, PCR testin cavabı neqativ idi. Yayda iki doza vaksin vurdurmuşam. Vaksin oldu, ya yox fərq etməz, hər uçuşdan öncə test verilməlidir. Ancaq burada pozitiv göstərdi, axşam isə qoxu və dadbilmə itdi”.
Oktyabrın 21-də Konfrans Liqası çərçivəsində baş tutmuş “Yablonets” (Çexiya) – “Randers” (Danimarka) qarşılaşması Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadasına tapşırılıb. Həmin matçdan öncə referi köməkçisi Zeynal Zeynalovun COVID-19 testi pozitiv nəticələnib. Belədə matçda dördüncü hakim funksiyasını yerinə yetirməli olan Elçin Məsiyev onu əvəzləyib. Dördüncü hakim kimi isə çexiyalı Yan Petrik fəaliyyət göstərib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki