Azərbaycan boksçusu Mirşərif Kazımzadənin Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında ilk rəqibi bəlli olub.
Veteninfo.az xəbər verir ki, 75 kq çəki dərəcəsində rinqə çıxacaq idmançı 1/16 finalda Soma Mesterlə (Macarıstan) gücünü yoxlayacaq.
Boksçumuzun rəqibinin adı bir gün öncə baş tutan döyüşlərdən sonra dəqiqləşib. 1/32 finalda Aaron Prinsi (Trinidad və Tobaqo) 4:1 hesabı ilə məğlub edən Macarıstan təmsilçisi mərhələ adladığından Kazımzadə ilə qarşılaşacaq. İlk mərhələdən azad olan boksçumuz Mesterlə oktyabrın 30-da döyüşəcək.
Buna qədər yarışda iştirak edən boksçularımızdan Məsud Yusifzadə 1/8 finala vəsiqə qaznıb. Onun həmin mərhələdə rəqibi puerto-rikolu Yankiel Rivera olacaq. Döyüş noyabrın 1-nə təsadüf edəcək.
Digər boksçumuz, 92 kq çəkidə yarışan Rauf Rəhimov 1/32 fnalda mübarizəni dayandırıb.