Gənclərin Həmrəyliyi İctimai Birliyi tərəfindən təşkil olunan “Data ABC” data analitika üzrə sürətləndirilmiş təlim kursuna start verilib.
Kursun ilk dərsində iştirakçılar data analitika sahəsinə giriş mövzusu ilə tanış olub, məlumatların təhlilinin əhəmiyyəti və tətbiq imkanları haqqında ilkin biliklər əldə ediblər. Həmçinin dərs zamanı iştirakçılara təlim kursunun proqramı, qarşıdakı dərslərin məzmunu və təlim müddətində mənimsəniləcək bilik və bacarıqlar barədə ətraflı məlumat verilib.
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin data analitika üzrə aparıcı mütəxəssisi Teymur Həziyevin təqdimatında keçirilən beş dərsdən ibarət kurs çərçivəsində gənclər data analitikanın əsaslarını öyrənəcək, eləcə də Power BI proqramının alətlərindən istifadə üzrə bilik və bacarıqlarını inkişaf etdirəcəklər.
Qeyd edək ki, “Data ABC” təlim kursu gənclərin rəqəmsal kompetensiyalarının gücləndirilməsinə, data analitika sahəsində maarifləndirilməsinə və müasir əmək bazarının tələblərinə uyğun biliklər əldə etmələrinə dəstək olmağı hədəfləyir.

























