2022-ci il dünya çempionatının aprelin 1-də keçiriləcək püşkatma mərasimi üçün səbətlərin tərkibi bəlli olub.
Veteninfo.az-ın məlumatına görə, ev sahibi Qətərlə yanaşı, daha 7 yığma birinci səbətdə yer alıb.
I səbət:
Qətər, Braziliya, Belçika, Fransa, Argentina, İngiltərə. İspaniya, Portuqaliya
II səbət:
Niderland, Danimarka, Meksika, Almaniya, ABŞ, Uruqvay, İsveçrə, Xorvatiya
III səbət:
Seneqal, İran, Yaponiya, Mərakeş, Serbiya, Polşa, Cənubi Koreya, Tunis
IV səbət:
Kanada, Kamerun, Ekvador, Səudiyyə Ərəbistanı, Qana, üç play-off qalibi.
Qeyd edək ki, hazırda mundialın final mərhələsinin 29 iştirakçısı məlum olub. Pley-of mərhələsində daha 3 komandanın adına aydınlıq gələcək.
Avropa zonası üzrə Şotlandiya – Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə görüşəcək.
Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək. Püşkatma mərasimi aprelin 1-də olacaq.