image-21backend

DÇ-2022: Şahruddin Məhəmmədəliyev ilk “3-lük”də yer alıb

image-reklam_sirab_01

UEFA 2022-ci il dünya çempionatının seçmə mərhələsinin VIII turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

Veteninfo.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar sırasında yer alıb.

27 yaşlı qolkiper meydana çıxdığı 7 oyunda 40 qurtarışla yadda qalıb. O, hazırda bu nominasiyada üçüncü pillədə qərarlaşıb. San Marinodan Elia Benedettini 44 “seyv”lə birinci, Lixtenşteynin oyunçusu Benyamin Byuhel (43) ikinci sıradadır.

Azərbaycan millisi qrupda 7, San Marino və Lixtenşteyn isə 8 matç keçirib.

Qeyd edək ki, Azərbaycan komandası son olaraq Belqraddakı “Rayko Mitiç” stadionunda Serbiyaya 1:3 hesabı ilə uduzub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki