image-91backend

DÇ-2023: Koronavirusa görə təxirə salınmış oyunun vaxtı açıqlanıb

image-reklam_sirab_01

Qadınlardan ibarət Çexiya və Belarus yığmaları arasında 2023-cü il dünya çempionatının seçmə mərhələ oyununun vaxtı açıqlanıb.

Vətəninfo.az Belarus Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qonaq komandanın heyətində koronavirusa kütləvi yoluxma hallarına görə təxirə salınmış qarşılaşma 2022-ci ilin iyununda keçiriləcək.

UEFA qərarı Çexiya Futbol Assosiasiyasının müraciəti və qarşı tərəfin razılığı əsasında qəbul edib.

Qeyd edək ki, görüş noyabrın 30-da baş tutmalı idi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki