Azərbaycanda “Derbi” adında yeni qəzet fəaliyyətə başlayıb.
Veteninfo.az xəbər verir ki, bu gün ilk sayı satışa çıxan qəzet həftədə 2 dəfə – II və V günlər dərc olunacaq.
“Derbi” qəzetində “Azərlotereya” ASC-nin Azərbaycan Respublikası qanunvericiliyi çərçivəsində fəaliyyət göstərən mərc oyunları markası “Misli”-nin idman yarışlarına olan əmsalları, şirkətin müxtəlif məhsulları – tirajlı lotereyalar, ani lotereyelar və virtual lotereyeları barədə məlumatlar dərc olunacaq.
Qəzeti bütün qəzet köşklərindən almaq və ya abunə yolu ilə əldə etmək mümkündür.
Qəzetə abunə olmaq istəyənlər redaksiya ilə əlaqə saxlaya bilər- Tel: 055 211 45 88