image-elmar-huseynov-1backend

Döyüş hazırlığı və manevr təcrübəsini artıran birgə hərbi təlimlər.

image-reklam_sirab_01

Azərbaycanın hərbi sahəsində inkişaf mərhələsini əslində 3 mühüm dövrə bölmək olar. Mən bu dövrün ilkin hissəsini məhz Sovet Rusiyası və daşnaq-bolşevik təzyiqləri dövründə Ümummilli Liderin Uzaq gələcəyə hesablanmış ən dəqiq və qətiyyətli addımı Cəmşid Naxçıvanski adına Hərbi Litseyin yaratmasını hesab edirəm. Hələ bizim və valideyinlərimizin Sovet Rusiyası zamanı 1915-ci ildən 1920-cü ilə Azərbaycan-Türkiyə münasibətləri haqqında məlumatların NKV-nin qaranlıq arxivlərində saxlanılması səbəbi ilə bilmədikləri dövdə, bizə erməni mədəniyyətini, mətbəxini, musiqisini sevdirən mərkəzi hakimiyyət 100 il öncə bizi soyqrım edən milləti “Qardaş olub Hayestan Azərbəycan” şeiri əzbərlədirdi. 1918-ci ilin mart ayından 15 sentyabra qədər Ənvər Paşanın xüsusi tapşırığına əsasən Nuru paşanın rəhbərliyi altında təklənmiş qardaş Azərbaycan köməyə gələn Türk qoşunları yeni formalaşan Milli Ordumuzun zabit və əsgərləri ilə XX əsrin hərb sənətinə indi olduğu kimi qəhrəmanlıq salnaməsi yazması, təbii düşmənlərimiz tərəfindən unudulmayan dövürdə yaradılan hərbi məktəb sizcə qətiyyətli addım deyildimi? Məhz bu məktəbin məzunları Azərbaycanın Suverinliyini ərazi bütövlüyünü təmin edən və eləcədə Qarabağda gedən ağır döyüşlər aparan zabitlər idi. İkinci mərhələ yenə də Ümummilli Lider Heydər Əliyevina adı ilə bağlı idi. Bu dövürdə qısa təlimlərin keçirilməsi ilə vahid komandanlı sistemi ilə qurulan və 1994-cü ilə “Horadiz” əməliyyatı kimi yadda qalan 23 kəndin və bir qəsəbənin işğaldan azad edilərək, arxalı düşməni atəşkəsə məcbur etmə dövrü kimi qiymətləndirirəm.

2003-cü ildə Azərbaycan Ordusu müasirləşmə və inteqrasiya dövrü başlanması diqqətə çəkir. Azərbaycan SQ sülh məramlı missiyası kimi ölkə xaricində fəaliyyət göstərməsi bu inkişafın göstəricisidir. Zəfər qələbəmizdə tətbiq edilən surətli döyüş strategiyası, dağ döyüş və XTQ-in yüksək peşəkarlığı bu gün qardaş ölkələrin və onların da döyüş təcrübələri ilə müqayisəli şəkildə praktiki bölüşməyə ehtiyac var. Bu baxımdan Azərbaycan dost və qardaş ölkələr–Türkiyə və Pakistanla bütün səviyyələrdə əlaqələrini getdikcə gücləndirir. Bununla bağlı əvvəlcə, deyək ki, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsinə uyğun olaraq, bu gün Azərbaycan–Türkiyə əməkdaşlığı uğurla inkişaf edir. Ortaq maraqların və dəyərlərin birləşdirdiyi bu iki ölkə dünya miqyasında ən yaxın strateji müttəfiqlər kimi daim bir-birinin yanındadır. Qırx dörd günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək buna bariz nümunədir. Belə ki, savaş dövründə ilk günlərdən etibarən Türkiyə Prezidenti açıqlamalar verirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əslində, bu, bir çox ölkələr və beynəlxalq təşkilatlar üçün bir mesaj idi, yəni, “kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın” anlamını ifadə edirdi. Bir sözlə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını hədsiz sevindirirdi. Azərbaycanın dost və qardaş ölkə olan Pakistanla münasibətləri də hazırda strateji müttəfiqlik səviyyəsindədir. Pakistan Prezidenti Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi münasibətilə təbriklərini çatdıran ilk dövlət başçılarından biri olub. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi Pakistanda böyük sevinc hissi ilə qarşılanıb. Pakistan həmişə ölkəmizin haqq işində onun yanında olub. Yeri gəlmişkən, Vətən müharibəsinin ilk günündə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilirdi: “Erməni silahlı qüvvələri tərəfindən sentyabrın 27-də Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutmasını qınayırıq və bu, növbəti təxribatdır. Bu, bütün bölgənin sülh və təhlükəsizliyi üçün ciddi təhdiddir. Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı olan qətnamələrinə əsaslanan mövqeyin dəstəkləyirik” .Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanla Pakistanın bir-birinə qarşılıqlı dəstəyi əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. Azərbaycanın Türkiyə və Pakistanla münasibətlərində hərbi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi də xüsusi yer tutur. Bu baxımdan, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş – 2021” beynəlxalq təlimi dostluq, qardaşlıq və hərbi-siyasi tərəfdaşlıq münasibətlərinin parlaq ifadəsidir. Bu beynəlxalq təlim, eyni zamanda, dost ölkələrin orduları arasında mövcud olan ikitərəfli əlaqələrin daha da gücləndirilməsi, terrorla mübarizə üçün yeni üsulların kəşf edilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması baxımından son dərəcə mühüm önəm daşıyır. Azərbaycanın Türkiyə və Pakistanla birgə təlimlər keçirməsi, əslində düşmənlərimizə bir mesajdır. Politoloq Fikrət Sadıqovun sözlərinə görə, üç dost və qardaş ölkənin iştirakı ilə gerçəkləşən təlimlər ətrafımızda, arxamızda dost dövlətlərin mövcudluğunu, onların Azərbaycanı hər zaman dəstəkləməyə və müdafiə etməyə hazır olmalarını göstərir. Bu, eyni za­manda, Azərbaycanın Türkiyə və Pakistanla hər zaman bütün təxribatlara birgə cavab verməyə əminliyini ifadə edir. Onu da qeyd edək ki, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş – 2021” birgə hərbi təlimləri əldə olunmuş razılaşmaya uyğun həyata keçirilir. Təlimlər üç dövlət tərəfindən lazım olan məqamlar üçün müəyyənləşmiş proqrama uyğun icra edilir. Eyni zamanda, bu dövlətlərdən hər hansı birinə ola biləcək mümkün təhlükənin qarşısını almaq üçün də birgə hərbi əməkdaşlıq imkanları nəzərdən keçirilir. Bu təlimlər Azərbaycanla yanaşı, digər iki dövlətin ərazisində də keçirilə bilər. Ermənistanın isə bu cür hərbi təlimlərdən narahatlığına əsas yoxdur. Yaxşı olardı ki, işğalçı ölkə öz üzərinə götürdüyü öhdəlikləri icra etsin. Azərbaycan ərazisində reallaşdırılan istənilən bir məsələ onun suveren haqqıdır. Ermənistan bir dövlət kimi başqalarına hörmətlə yanaşırsa, bu cür təlimlərdən də narahat olmamalıdır. Amma Ermənistan və onun havadarları unutmamalıdır ki, Azərbaycanın, eləcə də onun müttəfiqlərinin gücü heç kimə qarşı ünvanlanmayıb. Burada başlıca vəzifə dövlətin öz təhlükəsizliyini təmin etməkdən ibarətdir. Pakistanlı politoloq, Azərbaycan və Cənubi Qafqaz üzrə ekspert Mahmud Həsən Xanın sözlərinə görə, birgə təlimlərin əsas məqsədi çoxsaylı döyüş əməliyyatları zamanı qardaş ölkələrin Xüsusi Təyinatlı Qüvvələrinin peşəkar və taktiki hazırlığını artırmaq, sülh və müharibə dövründə əməliyyatlara hazırlaşmaq, bilik və təcrübə mübadiləsi aparmaqdır. Pakistanlı politoloq daha sonra əlavə edib ki, sürətlə dəyişən geosiyasi və geostrateji ssenarilər hər hansı bir xarici təcavüz və ya hücumun qarşısını almaq üçün Azərbaycan, Pakistan və Türkiyə arasında sıx əlaqə yaratmağı tələb etdiyi üçün bu həm regional, həm də bölgələrarası siqnal və jestlərə malikdir. Bu, onların rəqibi cilovlamaq qabiliyyətini daha da gücləndirəcək. Önümüzdəki günlərdə hərbi təlim, təhsil, araşdırma və əlbəttə istehsal baxımından birgə müəssisələrin yaradılması üçün müxtəlif imkanlar araşdırılacaq. Onun uğurla tamamlanmasından sonra regional və trans-regional hərbi situasiya daha çox Azərbaycanın xeyrinə dəyişəcək. Azərbaycan və Cənubi Qafqaz üzrə ekspert söhbətinin sonunda “Üç Qardaş – 2021” birgə hərbi təlimlərinin böyük önəmini vurğulayaraq, bunun məşhur “Şuşa Bəyannaməsi”nin davamı olduğunu və üç ölkə arasında ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığı daha da möhkəmləndirəcəyini bildirib.

 

Suraxanı RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili

şöbəsinin müdiri Elmar  Hüseynov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki