image-photo-2022-12-11-00-11-34-3backend

Dünya azərbaycanlıları üçün tarixi zərurətdən doğan gün

image-reklam_sirab_01

 

 

Azərbaycan dövlətinin dünya azərbaycanlılarının birliyi üçün həyata keçirdiyi siyasət öz effektiv nəticəsini verib

 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü çoxmilyonluq Azərbaycan xalqının əziz bayramlarından biri olaraq müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların birlik rəmzidir. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən  davam etdirilən bu şərəfli ənənə gündən- günə daha geniş vüsət alır və azərbaycançılıq ideologiyasının həyata keçirilməsində əvəzsiz rol oynayır.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü tarixinin ən xoş təsadüfi Azərbaycan respublikasının yenindən müstəqillik əldə etməsi ilə eyni ilə düşməsidir. Tarixi zərurətdən doğan gün olaraq bu, bir növ dünya azərbaycanlılarının həmrəyləməsi üçün öz müstəqil dövlətindən güc alması demək idi. Yəni həmrəyləşməyimiz üçün müstəqil olmağa ehtiyac var idi. Sevindirici haldır ki, düz 31 il öncə xaqlımız üçün əhəmiyyətli olan bu iki qərar reallaşdı.

Düz  31  il  öncə  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi tərəfindən Heydər  Əliyevin  imzasi  ilə  “Dünya  Azərbaycanlılarının  Həmrəylik           və    Birlik      Günü”       bayramının           təsis     edilməsi        haqqında         qərar təsdiqlənib.

Həmin qərara diqqət etdikdə bu günün yaranmasının nə dərəcədə zəruri olduğunu görmək mümkündür: “Sovet imperiyası tərkibinə qatıldığı 70 il ərzində Azərbaycana qarşı müstəmləkəçilik siyasəti yeridilmiş, Azərbaycan  xalqı  təqiblərə  və  kütləvi  cəza  tədbirlərinə  məruz  qalmışdır.  İmperiya  siyasəti  dünya azərbaycanlılarını bir-birindən təcrid etmək məqsədi ilə pantürkizm məfhumunu şərq aləmində təhlükəli bir ideya  kimi  təqdim  edərək,  dünyada  və  Sovetlər  İttifaqında  yaşayan  türkdilli  xalqlar arasında  əlaqələrin məhdudlaşmasına, kəsilməsinə cəhd göstərmişdi. Bu siyasətin təzahürü kimi sərhəd çəpərləri Azərbaycan xalqını parçalamışdır. Bütün bunlara baxmayaraq azərbaycanlılar milli dövlət, milli və mənəvi bütövlük, müstəqillik uğrunda mübarizəni davam etdirmişlər”.

Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olub. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.

Bu illər ərzində dünya      azərbaycanlılarının       həmrəyliyini      daha    da    gücləndirmək       və    birliyini  möhkəmləndirmək məqsədilə dövlət səviyyəsində əməli addımlar atılıb. Xarici ölkələrdə yaşayan soydaşlarımızın xalqımızın, millətimizin ümumi mənafeyi naminə təmasları xeyli  intensivləşib. Nəticədə son bir neçə ildə  bir çox xarici ölkələrdə Azərbaycan  cəmiyyətləri birləşib, federasiyalar yaradılıb. Bu  mütərəqqi tendensiya  yenə də davam etməkdədir. Eyni zamanda,  hər  il Dünya Azərbaycanlılarının  Həmrəyliyi Günü ərəfəsində Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin həmvətənlərimizə və bütün soydaşlarımıza ünvanladığı müraciətdə  bu yöndə işlərin indən belə daha da gücləndiriləcəyinə, yeni vüsət alacağına işarə vurulur, həmçinin əsas  diqqət  istifadə  olunmamış  potensialdan  maksimum  yararlanmağa  yönəldilir:  “Bu  gün  Azərbaycan  diasporu  böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir. Yaşadıqları ölkələrin ictimai-siyasi həyatına onların təsiri getdikcə  daha  artıq  hiss  olunur.  Məmnunluq  hissi  ilə  qeyd  edirəm  ki,  Müstəqil  Dövlətlər  Birliyi  ölkələrində,  Avropada,  Amerikada  Azərbaycan  icmaları  və  cəmiyyətləri  əvvəlki  dövrlərlə  müqayisədə  xeyli  səmərəli  fəaliyyət  göstərirlər.  Lakin o da  xüsusi  vurğulanmalıdır  ki,  onların  geniş  imkanları,  istifadə  olunmamış  potensialı vardır və bu potensialdan milli maraqlar naminə maksimum yararlanmaq lazımdır”.

Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Bütün azərbaycanlıların milli birliyi üçün bu çox önəmli faktordur. Azərbaycan dövlətinin dünya azərbaycanlılarının birliyi üçün həyata keçirdiyi siyasət öz effektiv nəticəsini verib. Xüsusən 44 günlük Vətən müharibəsi günlərində biz bunun bir daha şahidi olduq. Bütün dünya azərbaycanlıları ayaqda idi və Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşmişdi.

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki