image-22backend

Dünya çempionatı: Azərbaycan samboçularının ilk rəqibləri bəlli olub

image-reklam_sirab_01

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə sambo üzrə dünya çempionatı start götürəcək.

Veteninfo.az-ın məlumatına görə, artıq bütün çəki dərəcələri üzrə püşkatma mərasimi keçirilib.

Püşkün nəticəsinə əsasən, yarışda iştirak edəcək Azərbaycan samboçularının da ilk rəqibləri bəlli olub.

58 kq

1/8 final: Eyvaz Baxşıyev – Azat Amanbekov (Qırğızıstan)

64 kq

1/8 final: Mirfəttah Seyidəliyev – Erdenemiqmar Bekje (Monqolustan)

71 kq

1/8 final: Kamran Əsgərov – Yevgeni Sayapin (Belarus) / Kakageldi Yengebayev cütünün qalibi

79 kq

1/8 final: Abdulla Abdullayev – Uali Kurjyev (Rusiya)

88 kq

1/8 final: Ceyhun Hüseynov – Sadu Abubakar (Niger) / Tsimafey Yemelyanov (Belarus)

İlk yarış günündə Baxşıyevlə Seyidəliyev qüvvəsini sınayacaq. Digər 3 samboçu isə noyabrın 13-də mübarizəyə qoşulacaq.

Qeyd edək ki, ümumi mükafat fondu 231 000 ABŞ dolları olan dünya çempionatı noyabrın 14-dək davam edəcək. Qaliblər 4 000 ABŞ dolları, 2-ci yeri tutanlar 3 000 dollar, 3-cü yerin sahibləri isə 2 000 dollar qazanacaq. Yarışda 50 ölkə mübarizə aparır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki