image-photo-2022-04-21-09-08-27backend

 Əbədiyaşar dil

image-reklam_sirab_01

Çox gözəl deyiblər ki, bir xalqı məhv etmək istəyirsənsə ilk növbədə onun dilini əlindən almalısan. Əlbəttə, bu doğrudur, çünki dil xalqın varlığına sübutdur. Tarixə nəzər salsaq görərik ki, bizi, xalqımızı məhv etmək istəyənlər ilk öncə dilimizi hədəf almışdırlar, amma bunlar nəticəsiz qalmışdır

Ana dilimiz çox mürəkkəb bir inkişaf yolu keçmişdir. Daima öz gözəlliyi və ahəngdarlığı ilə seçilən dilimiz bəzən inkişafının zirvəsinə qalxmış, bəzən yasaqlanmışdır.

Xalqımızın keçdiyi yollar kimi dilimiz də uzun yollardan keçmişdir. Xalq inkişaf etdikcə dilimiz də inkişaf etmişdir. Hələ Şah İsmayılın hakimiyyəti dövründə Azərbaycan dili rəsmi dövlət dili olmuş, rəsmi sənədlər və yazışmalar Azərbaycan dilində aparılmışdır. Şah İsmayılın bizə miras qoyduğu 3 əmanətdən biri də məhz dilimiz idi.

Azərbaycan tarixin müxtəlif dövrlərində işğallara məruz qalmışdır. Bu işğallar dilimizə də təsirsiz olmamışdır. İşğalların nəticəsində dilimiz öz vətənimizdə xalqımıza qadağan olunmuşdur. Təbii ki, bu dilin inkişafına vurulmuş ağır zərbə idi, amma bütün bunlara baxmayaraq dilimiz inkişafdan qalmamış, unudulmamışdır. Öz dilini sevən, onu yaşatmağa çalışan Azərbaycan xalqı bunu bacarmış, dilimizin tarixdən silinməsinə, ölməsinə icazə verməmişdirlər.

Azərbaycan SSRİ-in tərkibində olarkən 1921-ci ildə Nəriman Nərimanov və Dadaş Bünyadzadə türk dilinin Azərbaycan SSR-də dövlət dili olması ilə bağlı dekret imzaladılar. Və 1921-ci ildə qəbul edilən Azərbaycan SSR-in ilk konustusiyasına dövlət dili ilə bağlı maddə əlavə edilmədi. 1937-ci ildə qərarlarda edilən dəyişikliklərdə isə dövlət dili türk dili deyil, Azərbaycan dili olaraq qeyd edilirdi. Daha sonra 1956-cı ildə isə konustusiyaya “Azərbaycanın dövlət dili Azərbaycan dilidir…” maddəsi əlavə edildi. dər

Əliyev hakimiyyətə gələrkən qarşısında çox böyük məsələlər dururdu. Bunlardan biri də, təbii ki, ana dili məsələsi idi. Belə ki, Azərbaycan dili haqqında danışmağın böyük bir cəsarət tələb etdiyi vaxtda Ulu Öndər Heydər Əliyev bu yolda böyük addımlar atmışdır. Belə ki, 1978-ci il 21 aprel tarixində qəbul olunmuş, Azərbaycan SSR Konustusiyasında qeyd edilmiş “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Adlı maddə Heydər Əliyevin təşəbbüsü ilə bağlıdır.

Müxtəlif tarixlərdə dilimizlə bağlı konustusiyada dəyişikliklər edilmiş olsa da, nəhayət 1995-ci ildə konustusiyamızın 21-ci maddəsində dilimiz Azərbaycan dili kimi qeyd edildi.

Ulu öndər Heydər Əliyev bu yolda çox böyük mübarizə aparmışdır. Nəticədə isə öz istəyinə çatmış və dilimizin qorunmasına, gələcək nəsillərə ötürülməsinə nail olmuşdur.

Xalqın mənfəətini özündən üstün tutan Ümumilli Lider Heydər Əliyev 2001-ci il 18 iyun tarixində Fərman imzalamışdır. Həmin Fərman “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” idi. Fərmanda dilimizlə bağlı hərtərəfli məlumat öz əksini tapmışdır.

2009-cu il 9 avqust tarixində Heydər Əliyevin imzaladığı Fərman “Azərbaycan Əlifbası və Azərbaycan dili günün təsis edilməsi ilə haqqında” idi. Bu fərmanla hər ilin 1 avqust günü Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

2002-ci il 30 avqust tarixində qəbul edilmiş qanunda isə Azərbaycan dilinin dövlət dili kimi qayğısına qalınmasına, qorunmasına diqqət kimi məsələlər nəzərdə tutulurdu.

Bu gün Azərbaycan dili rəsmi dövlət dilidir. Hansı ki, bir vaxtlar bu dil dövlət idarələrindən qovulur və qadağan edilirdi.

Azərbaycan dili gözəl dildir. Bu dil, Füzulinin, Nəsiminin şah əsərlərinin dilidir. Azərbaycan dedikdə hər birimizin ağlına anamız, dili dedikdə isə ana dilimiz gəlir. Bu gün Azərbaycan dilində əsərlər yazılır, filmlər çəkilir və mahnılar yazılır. Dünaynın ən məşhur əsərləri Azərbaycan dilinə tərcümə edilir.

Vətəndaş olaraq hər birimizin borcudur ki, dilimizin saflığını, təmizliyini qoruyaq, onu zənginləşdirək, inkişafına kömək edək və gələcək nəsillərə ötürək, sevdirək. Öz dilini, xalqını, vətənini sevməyən nəyinki vətəndaş, o, heç insan deyildir.

Biz hər birimiz danışarkən düşünməliyik ki, bu gün biz öz ana dilmizdə rahat danışa biliriksə bu kimlərin səyləri nəticəsindədir. Biz hər birimiz anlamalıyıq ki, dilin saflığını qorumalı, onu yersiz ifadələrlə, yerində işlənməyən sözlərlə bu saflığına xələl gətirməməliyik.

Heydər Əliyev dilimiz haqqında çox gözəl demişdir ki, Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.

Biz inanırıq ki, nə qədər ki, azad, vətənini sevən, dilini sevən Azərbaycan xalqı var, onda bu dil daimi, əbədiyaşar bir dil olacaq

 

 

Elnarə Məmmədova

YAP-ın üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki