image-4backend

Əlibala Məhərrəmzadə seçicilərlə növbəti görüşünü keçirib -FOTOLAR

image-reklam_sirab_01

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 59 saylı Quba seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əlibala Məhərrəmzadə Quba rayonunun Şuduq və Növdün kənd seçicilərilə görüşüb.

Görüşdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova seçicilərə Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasının ictimai siyasi həyatındakı uğurları barədə məlumat verib. O,həmçinin Yeni Azərbaycan Partiyasının 59 saylı Quba seçki dairəsindən deputatlığa namizədi Əlibala Məhərrəmzadənin fəaliyyəti barədə danışaraq seçiciləri Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyini irəli sürülmüş Ə.Məhərrəmzadəyə səs verməyə çağırıb.

Namizəd Əlibala Məhərrəmzadə əvvəlcə seçicilərinə müstəqil Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan bəhs edib. Namizədin sözlərinə görə, dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi yönündə müvafiq addımlar atılıb.

Deputatlığa namizəd dövlət tərəfindən regionlarda iqtisadi inkişafın əldə edildiyini, o cümlədən kənd təsərrüfatı, infrastruktur quruculuğu və digər sahələrdə mühüm uğurlara nail olunduğunu qeyd edib.
Görüş iştirakçıları Əlibala Məhərrəmzadəyə uğurlar arzu edib və seçkilərdə ona səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, deputatlığa namizəd Ə.Məhərrəmzadə YAP Quba rayon təşkilatının sədri F.Hüseynova ilə birlikdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image