image-14backend

Əlibala Məhərrəmzadə ucqar dağ kəndlərində seçicilərlə görüşdü -FOTOLAR

image-reklam_sirab_01

Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində 59 saylı Quba Seçki Dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən  deputatlığa namizəd Əlibala Məhərrəmzadənin seçicilərlə görüşləri  davam edir.

Vətəninfo.az  xəbər verir ki, bu barədə Əlibala Məhərrəmzadənin seçki qərargahından məlumat verilib.

Əlibala Məhərrəmzadə avqustun 25-də Qubanın ucqar dağlıq kəndlərində olan seçicilərlə görüş keçirib.

Rayon mərkəzindən 70 kilometr uzaqlıqda dağlar qoynunda  yerləşən bu kəndlərə səfər edən Əlibala Məhərrəmzadə onların sosial qayğıları   ilə maraqlanıb. İlk görüş Rük kəndində baş tutub.  Daha sonra Qarxun kəndində əhali ilə görüş keçirən Əlibala Məhərrəmzadə onların da sosial qayğıları ilə maraqlanıb.

Günün ikinci yarısında Əlibala Məhərrəmzadə Adur kəndində əhali ilə görüş keçirib. Deputatlığa namizəd Yeni Azərbaycan Partiyasının platforması haqqında məlumat verib, görüləcək işlər barədə danışıb.  Əlibala Məhərrəmzadə problemlərin həlli yolunda birgə işlər görəcəklərini önə çəkərək, yolların da əsaslı təmiri üçün müfaviq inistansiyalara müraciət edəcəyini bildirib.

Yeni Azərbaycan Partiyası tərəfindən  deputatlığa namizəd Əlibala Məhərrəmzadə  daha sonra Söhüb kəndində əhali ilə görüş keçirib. Seçicilərinin problemləri ilə maraqlanıb. Bu görüşlərdə Əlibala Məhərrəmzadə ilə yanaşı   Yeni Azərbaycan Partiyasının Quba Rayon təşkilatının   sədri  Fidan Hüseynova, Yeni Azərbaycan Partiyasının Quba rayon qərargahının üzvü, ziyalı Laçın Səfərəliyev də  iştirak edib. Əlibala Məhərrəmzadə  sosial lahiyələrin həyata keçirilməsi, problemlərinin həll olunması   üçün bütün seçiciləri  1 sentyabrda keçiriləcək seçkidə aktiv iştirak etməyə çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image