image-reklam-veteninfo
image-img_1195backend

Elmar Vəliyevə və onun qardaşlarına məxsus xaricdəki biznes şəbəkəsi ilə bağlı yeni və şok iddialar

image-reklam-veteninfo

Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə və onun qardaşlarına məxsus xaricdəki biznes şəbəkəsi ilə bağlı yeni və şok iddialar səsləndirilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Ramiz Mikayılov özünün YouTube kanalındakı çıxışında məlumat yayıb.

Jurnalist bildirib ki, sabiq başçının və qardaşlarının Rusiya Federasiyasının Stavropol vilayətinin Eessentuki rayonunda ümumi dəyəri 50 milyon dollar olan 8 sanatoriyası mövcuddur.

Ramiz Mikayılov iddia edib ki, bu barədə YouTube kanalında anons verdiydən dərhal sonra Vəliyevlər ailəsi tərəfindən təhdidlərlə üzləşib: “Mən bu haqda YouTube kanalımda anons verdikdən sonra Vəliyevlər ailəsi məni qudaları ilə qorxutmağa başladılar. Amma mən şər və böhtan atmıram, əlimdə təkzibolunmaz sənədlər və videolar var”, – deyə jurnalist vurğulayıb.

VİDEO-daxil ol

https://youtube.com/shorts/Xa4URLj9gTc?si=w0SjkeWdTeU14yv3

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki