image-image_750x_64705640477aebackend

Ərdoğan Kılıçdaroğlunun təklifini rədd etdi

image-reklam_sirab_01

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan birləşmiş müxalifətin namizədi Kamal Kılıçdaroğlunun teledebat keçirmək təklifini rədd edərək, danışacaq bir şeylərinin olmadığını bildirib. Vətəninfo.az xəbər verir ki, o bu barədə CNN Türk və Kanal D-yə müsahibəsində bildirib.

Kılıçdaroğlu “Ərdoğanın terrorçularla əməkdaşlığını” sübut etmək üçün cümə axşamı respublikanın hazırkı rəhbərini televiziya debatına dəvət edib.

Ərdoğan bildirib ki, Kılıçdaroğlu terrorçularla işbirliyini sübut edə bilmirsə, deməli, o, “vicdansız insandır”.

Xatırladaq ki, Türkiyənin hazırkı prezidenti Tayyib Ərdoğan prezident seçkilərinin birinci turunda səslərin 49,52 faizini, rəqibi Kamal Kılçdaroğlu isə 44,88 faizini toplayıb. Prezident seçkilərinin ikinci turu mayın 28-nə təyin edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki