Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı Ankaranın Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirəcək.
RİA Novosti Türkiyə hökumətindəki mənbəyə istinadən xəbər verir ki, Ankara Ukraynadakı münaqişənin həllinə töhfə vermək və tərəflər arasında vasitəçilik etmək niyyətindədir.
Mənbənin sözlərinə görə, görüş zamanı Yaxın Şərqdəki vəziyyət və Suriyada baş verən son hadisələr də müzakirə oluna bilər.
Qeyd edək ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan avqustun 31-dən sentyabrın 1-dək Qırğızıstanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşəcəklər.
İki liderin görüşündə Ukraynadakı münaqişə ilə yanaşı, Qara dənizdəki vəziyyətin də müzakirə olunacağı bildirilir.


























