image-2-9backend

Erməni alimdən saxta iddia:”Azərbaycanla…”

image-reklam_sirab_01

“1975-ci ilin xəritələrində anklav ərazilər artıq mövcud idi. Ona görə də, Azərbaycan israr edir ki, demarkasiya həmin ilin xəritəsi ilə aparılmalıdır”. Vətəninfo.az xəbər verir ki, bu fikirlərin müəllifi Ermənistan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Aşot Melkonyandır.

“Pastinfo”ya açıqlama verən Melkonyan deyib ki, Azərbaycan bütün danışıqlarda Başkənd məsələsinə toxunmur. ““Maraqlıdır ki, Azərbaycan heç vaxt Başkənd haqqında danışmır. O, Başkəndin və ətraf kəndlərin ərazisi anklavların ərazisinə bərabər olduğu halda, ərazimizdəki anklavlarla bağlı məsələni daim qaldırır”.

Melkonyan vurğulayır ki, demarkasiya 1975-ci ilin xəritəsi ilə aparılarsa, Ermənistan çox əlverişsiz vəziyyətə düşəcək. Erməni tarixçi təklif edib ki, danışıqlar 1920-30-cu illərin xəritələri ilə aparılsa, daha məqbuldur. “2 dekabr 1920-ci il İrəvan razılaşmasına görə, Ermənistanın ərazisi 42 min kvadratmetr olmalı idi. 1920-30-cu illərin xəritələrinə görə, Qafan rayonunun bir sıra kəndləri, Basarkeçərdə Böyük Göllər və Noyemberyan rayonundan bəzi ərazilər Ermənistan Respublikasının tərkibində olub. Sonralar sovet rəhbərliyinin qərarı ilə hissə-hissə qoparılaraq, Azərbaycana verilib. SSRİ dağılan zaman Ermənistanın ərazisi 29,8 min kvadratmetr idi və indi də həmin miqyasda qalıb”.

Melkonyan onu da bildirib ki, əgər 1975-ci il xəritəsi ilə demarkasiya və delmitasiya işləri aparılarsa, anklavlar Azərbaycana qayratılacaq. “Bunun ardından isə Azərbaycan həmin kəndlərə getmək üçün Ermənistandan yol tələb edəcək”.

P.S. Ermənistan MEA-nın Tarix İnstitutunun rəhbəri əgər bu qədər saxtakardırsa, qalanlarından başqa nəsə gözləmək yersizdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki