image-reklam-veteninfo
image-1backend

 Tehranın sülh mesajı: “Nüvə silahına yox, kapitulyasiyaya yox, diplomatiyaya hə!”

image-reklam-veteninfo

İran xarici təzyiqlərə baxmayaraq, diplomatik yolla sülhə nail olmağa hazır olduğunu bəyan edib. Bununla belə, Tehran təzyiq və güzəştə məcburetmə siyasətinə boyun əymək niyyətində deyil.

Vətəninfo.az xəbər verir ki, bu barədə İranın İtaliyadakı səfiri Əli Əkbər Rzayi “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, İranla qarşı tərəf arasında danışıqlar prosesi dayanmayıb, lakin müzakirələr ləng gedir.

Rzayi Tehranın mövqeyini dörd əsas prinsip üzərində qurduğunu vurğulayıb: nüvə silahına “yox”, kapitulyasiyaya “yox”, diplomatiyaya və beynəlxalq hüquqa riayət edilməsinə isə “hə”.

Səfir əlavə edib ki, qarşı tərəfin də eyni maraq və iradə nümayiş etdirdiyi təqdirdə İran hərbi əməliyyatların dayandırılması istiqamətində addımlar atmağa hazırdır.

Beləliklə, Tehran diplomatik həll variantını açıq saxladığını bildirsə də, danışıqların təzyiq altında aparılmasını qəbul etməyəcəyini nümayiş etdirir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki