image-reklam-veteninfo
image-1backend

 İran raket potensialını bərpa etmək üçün Şimali Koreyaya üz tutub – “Raket şəhərləri” ilə bağlı iddia

image-reklam-veteninfo

İranın raket imkanlarını bərpa etmək və yeraltı raket bazalarının potensialını gücləndirmək məqsədilə Şimali Koreyanın köməyindən yararlandığı iddia olunur.

“Erem News” nəşrinin yaydığı məlumata görə, Şimali Koreya mütəxəssisləri İranın yeraltı “raket şəhərləri”ndə yerləşdirilən raket buraxılış qurğularının hazırlanmasına dəstək veriblər.

Məlumata əsasən, Şimali Koreya mütəxəssisləri iranlı texniki heyətlə əməkdaşlıq edərək raket buraxılış sistemlərinin təkmilləşdirilməsi və müəyyən modifikasiyaların hazırlanmasında iştirak ediblər.

Nəşr bildirir ki, İran raket proqramının inkişafı ilə bağlı qarşıya qoyduğu hədəflərə hələ tam nail ola bilməyib. Buna əsas səbəblərdən biri qabaqcıl raket buraxılış platformalarının istehsalı sahəsində yaranan texniki çətinliklərdir.

Məlumatda, həmçinin qeyd olunur ki, İran fevral ayında baş vermiş hərbi toqquşmalar zamanı məhv edilən raket buraxılış qurğularının təxminən 40 faizini bərpa edə bilib.

Beləliklə, yayılan iddialara görə, Tehran raket arsenalının və buraxılış infrastrukturunun bərpası prosesində Şimali Koreyanın texniki təcrübəsindən istifadə etməyə çalışır.

Qeyd edək ki, Şimali Koreyanın İranın raket proqramına konkret dəstəyinin miqyası və bu əməkdaşlığın detalları barədə hələlik müstəqil təsdiqlənmiş məlumat təqdim olunmayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki