Erməni mediası bazar günü Brusseldə sülh müqaviləsinin bağlanma tarixinin bağlanma tarixinin bilinəcəyini açıqlayıb. Vətəninfo.az xəbər verir ki, bu iddia ilə “İravunk” qəzeti çıxış edib.
Qəzet yazır :“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə mayın 14-də Brüsseldə Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyevin görüşü baş tutacaq. Çox güman ki, bu, Paşinyanla Əliyev arasında konkret sənəd üzrə yekun razılığa dair sondan əvvəlki görüş olacaq, ən azı iyunun 1-də Kişinyovda, Avropa Siyasi Birliyinin sammiti çərçivəsində planlaşdırılan görüş zamanı sülh müqaviləsini imzalamaq istəyirlər.”


























