İran Prezidenti Məsud Pezeşkian ölkədə mövcud olan “nə müharibə, nə sülh” vəziyyətinə son qoyulmasının mütləq hərbi qarşıdurmaya başlamaq demək olmadığını bildirib.
Vətəninfo.az xəbər verir ki, Pezeşkianın sözlərinə görə, müharibə qərarı qəbul edilərkən ölkənin hərbi gücü, mövcud imkanları, mümkün nəticələr və döyüş əməliyyatlarının aparılacağı ərazi diqqətlə nəzərə alınmalıdır.
“Müharibəyə girmək istəyən şəxs hansı güc və imkanlarla bu addımı atdığını, bunun nəticələrinin nə olacağını və harada döyüşmək istədiyini bilməlidir. Müharibə ilə bağlı hər bir qərar mövcud imkanlar nəzərə alınmaqla verilməlidir”, – deyə İran prezidenti vurğulayıb.
Dövlət başçısı, həmçinin ölkədə sosial birliyin və həmrəyliyin gücləndirilməsinin, eləcə də istehsalın dəstəklənməsinin vacibliyini qeyd edib.
Pezeşkianın bu açıqlamaları İranın təhlükəsizlik və xarici siyasət gündəmində hərbi qarşıdurma risklərinin müzakirə olunduğu bir vaxta təsadüf edir.


























