Ermənilər elə bilirlər ki, biz oxumuruq, araşdırmırıq, bilmirik. Əslində onlar o qədər saxtakarlıqlar edir ki, bizim ona cavab verməyimizə ehtiyac qalmır. Dünyanın ən nüfuzlu alimləri qeyri ciddi yanaşırlar onların yazdıqlarına. Elə qeyri ciddi yanaşdıqıları məsələlərdən biri də ermənilərin “Tarixin atası” saydıqları Movses Xorenatsi və onun mövcduluğudur.
Movses Xorenatsi (Moisey Xorenli, Moses Xorenac’i) adlı tərcüməçini ermənilər erməni tarixşünaslığının atası sayırlar. Çünki bu şəxs “Patmutyun hayots” adlı bir kitab yazıb. “Patmutyun hayots” söz birləşməsi tərcümədə heç də birbaşa “Hayastanın tarixi” yox, əslində daha çox “Hayların tarixi” deməkdir.
Əvvəla, Movses Xorenatsinin “erməni tarixinin atası” olduğuna şahidlik edən nəinki başqa xalqlara, hətta ermənilərin özlərinə aid hər hansı bir yazılı mötəbər mənbə yoxdur. İlk dəfə ermənilər bu ifadəni 1794-cü ildə Hindistanda çap olunan “Azdararda” adlı qəzetdə nəşr ediblər. Bu günə qədər ermənilərin bizə iddia etdikləri qədim erməni tarixçilərinə dair əfsanələr boş şeydir. Onların erməni kimi qələmə verdikləri müəlliflər isə qədim Alban tarixçiləridir. Erməni tarixçisi olan M.Xorenasi və digərləri uydurma adlar və alimlərdir. Görkəmli alimlər, Qud Şmid, T.Vetter və milliyyətcə erməni olan Q.Xalatyants yazırlar ki, “Erməni tarixi”nin müəllifi onunla eyniadlı məşhur V əsr tərcüməçisi deyil, sonuncunun adı altında gizlənən bir neçə keşişdir.
Görkəmli fransız şərqşünası A.Karrier 1891-ci ildə Parisdə nəşr etdirdiyi əsərində tarixi faktlara söykənərək yazırdı ki, Moisey Xorenatsi V əsrdə yaşamayıb və belə bir adam olmayıb.
Dünyanın ən nüfuzlu . Britannika Ensiklopediyasının verdiyi məlumata görə Movses Xorenatsinin haqqında məlumatı “Ermənistan tarixi”ndə yazılan avtobioqrafik məlumatlardan başqa heç bir mənbələrdən tapmaq mümkün olmayıb.
London universitetində Qafqaz tədqiqatları professoru, Gürcüstan, Ermənistan və Bolqarıstan üzrə mütəxəssis .Devid Marşal Lenqin fikrinə görə artıq 1970-ci illərin axırlarında dünyada Sovet Ermənistanından kənarda “Ermənistan tarixi”nin V əsrə aid olduğuna inanan alim yox idi. Müəllifin “Armenia: Cradle of Civilization “, “Peoples of the Hills: Ancient Ararat and Caucasus” və “The Armenians: A People in Exile” kitablarını oxuyan bunun şahidi ola bilər.
Bütün bu uydurma kitablar Yakop Şahamiryan adlı erməninin xidmətlərdir. 1772-ci ildə Yakop Şahamiryan adlı erməni, Çenay şəhərində mətbəə yaratmışdır. Dünyada ilk erməni dilində qəzet olan Azdararda 1794-cü ildə Hindistanda çap olunmuşdur. Qəzetin nəşr olunmasında, Aratun Şumovyan rolu böyük olmuşdur. Azdarar qəzeti bir neçə səhifədən ibarət idi. Qəzet əsasən, Hindistanda yaşayan və işləyən erməni tacirləri, gündəlik xəbərlər haqqında məlumatlandırmaq məqsədi daşıyırdı. Arutyun Şmavonyan 1750-ci ildə Şirazda anadan olub. 1789-cu ildə o, Mədrəsdə öz mətbəəsini yaradıb, orada erməni dilində səkkiz kitab nəşr etdirib. Həmin vaxt Mədrəsdə Şahamiryanın mətbəəsi fəaliyyət göstərirdi. Lakin Şmavonyan öz fikirlərində onunla razılaşmadığından onun köməyindən istifadə etməyib. Şmavonyan Baqramyan, Şahamiryan, Hovsep Eminin ictimai-siyasi baxışlarına bələd olsa da, katolikos Simeonun xəttinə sadiq idi. O, ermənilər üçün xilası erməni kilsəsinin tarixi ənənələri ilə bağlı mədəni inkişafda görürdü. (Bax: Agop Jack Hacikyan, Gabriel Basmajian, Edward S. Franchuk. The Heritage of Armenian Literature: From the Eighteenth Century to Modern Times. — Wayne State University Press, 2005. — С. 37.)
Bu mətbəədə ermənilərə “qədim tarix” yaradılmış və kitablar nəşr olunaraq bütün dünya kitabxanalarına göndərilmişdir. Qaynaqlar yazır ki, Rusiya ilə əlaqələri olan Aratun Hindistanın ingilislər deyil, onların idarə etməsi tərfdarı idi. Rusiyanı erməni xalqının xilası kimi görürdü. O saxta tarixi yazan zaman rus dilində də onu nəşr etmək istəyirdi. Rusiya rəsmləri Şmavonyan erməni-rus layihələrini bilib ona dəstək vermək istəyirdi və bunun üçün Xocamal Səfərian adlı şəxsi Avropadan Mədrəsə gəlməyinə maddi dəstək verir. Xocamal Səfərian özü ilə öz “tarixi əsərlərini” və bir çox müxtəlif tərcümələrini, o cümlədən Papanın məktubunu gətirib. Papanın məktubunda ermənilərə tarix yazılmasının zərurəti qeyd edilirdi.
Məhz bu məktubdan sonra 1863-cü il martın 29-da Osmanlı dövlətində qəbul edilən”Nizamname-i Milləti Erməniyan” adlı sənəddə yazılır: “Erməni kilsəsi, erməni millətinin kilsə tərəfindən can verilən ruhun yenidən dünyaya gəlməsi üçün yaşadığı vücuddur.Əslində erməni millətindən, erməni dövlətindən, erməni tarixindən deyil, erməni kilsəsi dövlətindən bəhs etmək doğru olardı. Erməni kilsəsinin mövcudluğunu qoruya bilməsi üçün bir qüvvəyə, bir dövlətə ehtiyacı vardır. Erməni dövləti fikrini doğuran erməni milləti deyil, erməni kilsəsidir”
Məhz Movses Xorenatsi adından istifadə edən XVIII əsrdə yaşayan bir neçə keşişdir ki, kilsədə oturub uydurma bir tarix yazıb. Və bunu yazan keşişlər çoxlu saxtakarlıqlarını belə gizlədə bilməyiblər. Bu gün ermənilər yazırlar ki, Movses Ermənistanın Xoren vilayətində anadan olub. Lakin “kitabda” onun Duroperan əyalətində anadan olduğu qeyd edilir. Bu ərazi isə müasir Suriyada Fərat çayı tərəflərdə bir yerdir, ora isə Qafqaz yox, Suriyadır. Bu saxtakar keşişlər onu erməni belə etmək istəməyiblər, Suriyalı kimi yazıblar.
Neilson Debevoise (ABŞ) və Robert William Thomson (Böyük Britaniya) kimi nüfuzlu tarixçilər Movsesin adından təqdim olunan məlumatların səhihliyini şübhə altına almışlar. Tarixçi Əjdər Tağıoğlu “Moisey Xorenatsi anonim keşiş müəllifidir” əsərində onun hay kilsəsi tərəfindən uydurulmuş bir obraz olduğunu göstərmişdir.
Və bu gün də təssüff ki, dünya alimləri ilə yanaşı bizim bəzi alimlər də bu nəzəriyyə inanıb Azərbaycan və Türkiyə ərazisində qədim ermənilərin mövcud olmasını yazırlar.
Hörmətli Nazim Mustafa yazır: “Movses Xorenlinin “Tarix” kitabını “Erməni tarixi” kitabı kimi təqdim edirlər. Əslində isə, bu kitabın adında “erməni” sözü yoxdur. XVIII əsrdə erməni din xadimləri –1712-ci ildə yaradılan erməni katolik monarx ordeni olan Mxitaristlər İtaliyada yerləşən San Lazar adasına gedib oradakı kilsədə saxta tarix yazmağa başlayır və başqa dillərə tərcümə edib Avropada yayırlar. Həmin o Mxitaristlərin fəaliyyətindən sonra ən qatı saxtalaşdırma başlanır. Beləliklə, “Tarix” kitabı dönüb olur “Erməni tarixi”, indiki dövrdə isə “Ermənistan tarixi”. Erməni tarixçisi Qriqoriy Xalatyanç 1898-ci ildə Sankt-Peterburqda magistr dissertasiyası yazır: “Movses Xorenlinin tarixində Erməni eposu”. Xalatyanç belə bir nəticəyə gəlir ki, Movses Xorenlinin kitabı başdan-ayağa kompilyasiyadır”
Mən hər zaman uydurma Movsesin yazdıqlarına istinad verənlərə sual verirəm:
-Oxumusan bu kitabı?
-Bəli
-Onda “Tarix” kitabı V əsr kitabı kimi təqdim edilsə də, orada VII, VIII, hətta X əsrdə baş verən hadisələr təsvir olunub. V əsrdə yaşayan birisi özündən sonrakı hadisələri necə yaza bilər? Yaxud Movses “yazır” ki, “Erməni kilsəsi Ərəb xilafətinin köməyi ilə alban kilsəsini özünə tabe edib”. Sadə məntiq, ərəblər bura VII əsrdən sonra gəliblər, V əsrdə yaşayan bunu necə yaza bilərdi?
Susurlar. Çünki araşdırmılar, oxumurlar. Başa düşmürlər ki, erməni tarixçiləri kilsədə oturub “Tarix” kitabın özlərindən XVII-XVIII əsrdə yazıblar.
Bizim tarix kitablarında isə boy boy bundan istifadə edirlər. Yalançı və mövcud olmayan şəxsə istinadlar edirlər. Bu cəhənnəm dərsliklərə salırlar. Ölkənin tarix elmini ermənilərin istədiyi hörmüçək toru ilə hörürlər.
Foto olaraq isə uydurma şəkli yox, realı paylaşmaq istəyirəm. “Erməni tarixi” kitabının əsl müəllifini (lərini). Hindistan erməniləri tərəfindən 1794-cü ildən 1796-cı ilədək çap olunmuş Azdarar qəzetin
Zaur Əliyev, dosent