image-reklam-veteninfo
image-1backend

“Yuventus” Jadon Sancho üçün 17 milyon avro təklif edib

image-reklam-veteninfo

Turin “Yuventus”u bu yay “Mançester Yunayted”in 25 yaşlı ingilis yarımmüdafiəçisi Ceydon Sançonu almaq niyyətindədir və 17 milyon avro təklif edib. Vətəninfo.az xəbər verir ki, bu barədə  x.com/AlfredoPedulla məlumat yayıb.  “Mançester Yunayted” Ceydon Sançonun transferi üçün 25 milyon avro tələb edir. Onun ingilis klubu ilə müqaviləsi gələn mövsüm başa çatacaq.

Transfermarkt Jadon Sançonun transfer dəyərini 28 milyon avro qiymətləndirir.

Ötən mövsüm Ceydon Sanço icarə əsasında Londonun “Çelsi” klubunda çıxış edib, 42 oyunda 5 qol vurub və 10 məhsuldar ötürmə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki