Oktyabrın 1-dən Ermənistanda qadınlar hərbi xidmətə cağrılacaq. Vətəninfo.az erməni mediasına istinadən xəbər verir ki, mayın 30-da Ermənistanın müdafiə naziri Suren Papikyanın da iştirak etdiyi növbəti iclasda bunu bəyan edib.
“Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi barədə danışan Papikyan qeyd edib ki, qadın nümayəndələr üçün könüllü-məcburi hərbi xidmət sisteminin tətbiqi nəzərdə tutulur.
“Qadın vətəndaşların özlərini kişilərlə bərabər hiss etmələri vacibdir, o cümlədən vətəni müdafiə edərkən. Biz daim qadınların hüquqlarından danışırıq, bu daha çox zəifləri müdafiə edir, amma məncə, qadınlar daha güclüdür”, – Papikyan bildirib.
Papikyan bildirib ki, 18-27 yaşlı qızlar oktyabrın 1-dək hərbi xidmətə çağırılacaq və xidmət 6 ay müddətinə nəzərdə tutulub.


























