Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistan Konstitusiyasının yeni mətnində Türkiyə ilə fikir ayrılığına səbəb olan müddəanın çıxarılmasını müsbət qiymətləndirib.
Vətəninfo.az xəbər verir ki, Kılıç bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Türkiyəli diplomat qeyd edib ki, Ermənistan Konstitusiyasında nəzərdə tutulan dəyişiklik iki ölkə arasında münasibətlərin normallaşması baxımından əhəmiyyətlidir.
“Ermənistan Konstitusiyasında mühüm dəyişiklik: Türkiyə ilə fikir ayrılığına səbəb olan ifadə çıxarılıb! Həmişə dediyim kimi, cənab Nikol Paşinyan konstruktiv və səmimi dialoq tərəfdaşıdır. Bu, təkcə Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üçün deyil, həm də regionda davamlı sülh və sabitliyin bərqərar olması üçün vacibdir”, – deyə Kılıç yazıb.
Qeyd edək ki, Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsində Türkiyə və Azərbaycanla münasibətlərdə mübahisə doğuran müddəalar yer alır. Sənəddə Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi istiqamətində qərarlara və 1915-ci il hadisələrinin beyn


























