image-b4227b6d-4bb6-3618-bfd3-fccac4d57be0_850backend

FIFA Braziliya – Argentina matçı ilə bağlı açıqlama yayıb

image-reklam_sirab_01

FIFA 2022-ci il dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsində yarımçıq dayandırılan Braziliya – Argentina matçı ilə bağlı açıqlama yayıb.

Veteninfo.az xəbər verir ki, qitə futbol qurumu qarşılaşma ilə bağlı yekun qərarını yaxın vaxtlarda açıqlayacağını vurğulayıb.

“Dünyanın iki önəmli yığması arasındakı matçın təxirə salınmasına görə təəssüflənirik. Oyunla bağlı ilkin məlumatlar FIFA-ya göndərilib. İnformasiya səlahiyyətli nümayəndə tərəfindən analiz olunacaq və yaxın vaxtlarda qərar qəbul ediləcək”.

Qeyd edək ki, görüşün əvvəllərində Argentina millisi meydanı tərk edib. Bu, meydana polis və miqrasiya xidməti əməkdaşlarının daxil olmasından sonra baş verib. Onlar koronavirus qaydalarını pozan 4 oyunçu – Emiliano Martines, Emiliano Buendia, Lo Çelso və Kristian Romeronu deportasiya etmək istəyiblər. Həmin futbolçular 10 günlük karantinə əməl etmədən Braziliyaya daxil olublar. Böyük Britaniyadan gələnlərin karantində olmaları vacib sayılsa da, argentinalılar İngiltərə klublarında çıxış etmələrinə rəğmən. krallıqda son zamanlar olmadıqlarını bildiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki