Pakistan, Zimbabve və Keniyanın FIFA-ya üzvlüyü dayandırılıb.
Veteninfo.az-ın məlumatına görə, müvafiq qərar ali futbol qurumunun Qətərin paytaxtı Dohada keçirilən 72-ci Konqresində qəbul olunub.
Daha əvvəl Rusiyanın da üzvlükdən kənarlaşdırması və ya dayandırılma məsələsinin səsverməyə çıxarılacağı ehtimal edilirdi. Lakin Konqresdə bu məsələ qaldırılmayıb.
Fevralın sonlarında FIFA və UEFA Rusiya klubları ilə yığmalarını Ukraynaya hərbi müdaxilə səbəbindən beynəlxalq yarışlardan müvəqqəti uzaqlaşdırıb. Rusiya Futbol İttifaqı (RFS) qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya verib. Məsələyə aprel-mayda baxılacağı gözlənilir.