image-1backend

Fransa və Niderland DÇ-2022-yə, Beyl 100-cü matçına çıxa bilər

image-reklam_sirab_01

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün IX tura yekun vurulacaq.

Veteninfo.az-ın məlumatına görə, turun sonuncu oyun günündə 3 qrupda 7 qarşılaşma keçiriləcək.

D qrupunda Fransa Qazaxıstana qalib gəlsə, mundialın final mərhələsinə vəsiqə qazanacaq. Qrupun digər matçında Bosniya və Herseqovina Finlandiya ilə üz-üzə gələcək.

E qrupunda Belçika Estoniyaya qalib gəlsə, vaxtından əvvəl DÇ-2022-də iştirakını rəsmiləşdirəcək. Qrupun digər qarşılaşmasına gəldikdə, Uels millisinin lideri Qaret Beyl Belarusla görüşdə yığmada 100-cü oyununu keçirəcək.

G qrupunda Norveç Latviyanı, Türkiyə Cəbəllütariqı, Monteneqro Niderlandı qəbul edəcək. Niderland qələbə qazansa, Norveç isə xal itirsə, “narıncılar” mundiala vəsiqə qazanmış olacaq.

“Ay-ulduzlular” isə pley-off şanslarını davam etdirmək üçün mütləq “cırtdanlar”a qalib gəlməlidir.

DÇ-2022, seçmə mərhələ
IX tur
13 noyabr

D qrupu

18:00. Bosniya və Herseqovina – Finlandiya

23:45. Fransa – Qazaxıstan

Xal durumu: Fransa – 12 (6 oyuna), Ukrayna – 9 (7), Finlandiya – 8 (6), Bosniya və Herseqovina – 7 (6), Qazaxıstan – 3 (7)

E qrupu

23:45. Uels – Belarus

23:45. Belçika – Estoniya

Xal durumu: Belçika – 16 (6 oyuna), Çexiya – 11 (7), Uels – 11 (6), Estoniya – 4 (6), Belarus – 3 (7).

G qrupu

21:00. Norveç – Latviya

21:00. Türkiyə – Cəbəllütariq

23:45. Monteneqro – Niderland

Xal durumu: Niderland – 19, Norveç – 17, Türkiyə – 15, Monteneqro – 11, Latviya – 5, Cəbəllütariq – 0.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki