image-photo-2021-10-22-15-26-34-1backend

Füzuli şəhərinin azad olunmasının Azərbaycan tarixində çox böyük əhəmiyyəti.

image-reklam_sirab_01

Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərində Araz çayına qədər olan düzənlikdə yerləşir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Rayonun ərazisindən əsasən Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları axır.

Bölgə inzibati ərazi kimi 1827-ci il sentyabrın 10-da yaradılmış, ilkin adı Qarabulaq olmuşdur.

Füzuli rayonu 8 avqust 1930-cu ilə kimi Qaryagin adlandırılmışdır.

1959-cu ildə Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.

Füzuli rayonunun ərazisindən bir çox qədim yaşayış məntəqələri tapılmışdır. Bunlardan Qaraköpəktəpə, Qarabulaq, Günəştəpə, Quruçay kurqanlarını misal göstərmək olar. 1968-ci ildə arxeoloq Məmmədəli Heseynov tərəfindən neandertal-azıxantrop adamın alt çənə sümüyü “Azıx mağarasında” tapılmışdır.

1988-ci ildən Ermənistanın Azərbaycana qarşı təcavüzü başlamışdır. Füzuli sakinləri bu mübarizədə minlərlə, yüzlərlə şəhid vermiş, yaralanmış və itkin düşmüşdür. Füzuli şəhəri 23 avqust 1993-cü ildə Ermənistan tərəfindən işğal olunmuşdur. Lakin 1994-cü ilin dekabr

ayında Azərbaycan ordusunun başlatdığı Horadiz qəsəbəsi 21 kənd işğaldan azad olundu. Nəhayət uzun fasildən sonra 44 gün ərzində davam edən müharibədə müzəffər ordumuz oktyabrın 17-də Füzuli şəhəri işğaldan azad edildi. Ordumuz düşmənin canlı ordusunu,

texnikasını məhv etdi. Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi olan Füzuli şəhəri işğalçılardan azad edildi. Rayon uğrunda çox şiddətli döyüşlər getdi. Düşmən nə qədər müqavimət göstərsədə, yenilməz ordumuz düşmənə aman verməyərək öz tarixi

torpaqlarını bərpa etdi. Bizim tarixi zəfərimiz məhz Füzuli rayonundan başlamışdır. Sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Kənd Horadiz, Qərvənd, Yuxarı Əbdürrəhmanlı kəndləri ilk öncə işğaldan azad edildi. Müharibə ərəfəsində bir çox təzyiqlər ölkəmizə qarşı

olsada, Azərbaycanı hec kim dayandıra bilmədi. Füzulinin azad olunması həm iqtisadi, həmdə tarixi baxımından əhəmiyyəti böyükdür. Füzuli şəhəri coğrafi mövqeyi baxımından Azərbaycanın ən iri şəhərlərindən biridir. Müharibə dövründə ən çox minalanmış və çirklənmiş ərazilərdən biridir. Bizim infrastruktur layihəmiz məhz Füzuli şəhərindən

başlamışdır. Buna misal Füzuli hava limanını göstərmək olar. Və biz inanırıqki, Füzuli rayonu daha da abadlaşaraq gözəl şəhərlərdən biri olacaq.

 

Bakı Slavyan Univetsiteti.

Abbasova Pərvanə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki