image-3807e7ec-aa49-4139-891c-304623c22751backend

Gələcək iqtisadi uğurlara istiqamətləndirilən siyasət

image-reklam_sirab_01

2023-cü il  yanvarın 16-da İsveçrə Konfederasiyasının Davos şəhərində “Parçalanmış dünya şəraitində əməkdaşlıq” devizi altında Dünya İqtisadi Forumu başlayıb. Forumda hər il bir sıra mühüm qlobal problemlər, siyasi, geosiyasi və təhlükəsizliklə bağlı əhəmiyyətli məsələlər müzakirə olunur.

Qeyd edək ki, 1971-ci ildə isveçrəli biznesmen, professor Klaus Şvab tərəfindən təsis edilən və qərargahı Cenevrə şəhərində yerləşən Davos İqtisadi Forumu dünyada ən böyük beynəlxalq qeyri-hökumət təşkilatıdır. Qlobal vəziyyətin iqtisadi inkişaf və sosial tərəqqi məsələlərinin həllində dünya birliyinə kömək göstərmək yolu ilə yaxşılaşdırılması Dünya İqtisadi Forumunun başlıca məqsədi elan edilib. Buna görə də Davos İqtisadi Forumu qlobal inkişafın mühüm problemlərinin müzakirəsində, dünya birliyinin işgüzar, siyasi, intellektual liderləri arasında tərəfdaşlığın inkişafında önəmli rol oynayır.

Prezident İlham Əliyevin iştirak etdiyi Davos İqtisadi Forumunda indiyədək dünyanın aparıcı iş adamları ilə görüşüb, onlarda ölkəmizin iqtisadi imkanları barədə aydın, obyektiv təsəvvür yaradıb, Azərbaycanda həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələrini dünyaya çatdırıb.Bütün bunların nəticəsində isə ölkəmizə investisiya qoyuluşu, yeni texnologiyaların gətirilməsi prosesi sürətlənib.

Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub. Bu əməkdaşlıq adıçəkilən forumun dünya ölkələrində vəziyyətin yaxşılaşdırılması ilə bağlı məqsədlərinə tam uyğun şəkildə reallaşıb. Son illər ərzində Azərbaycanda təhlükəsizliyin təmini və sabitliyin bərqərar olunması istiqamətində mühüm tədbirlər görülüb. Ölkəmizin yerləşdiyi coğrafi məkanın əhəmiyyəti nəzərə alınaraq, iri transmilli layihələrin, o cümlədən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat və digər layihələrin uğurla reallaşması diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən inkişaf prosesləri daha da sürətlənib, Azərbaycan yeni inkişaf mərhələsinə daxil olub və iqtisadiyyatın, həmçinin ixracatın şaxələndirilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilib.

Dövlətimizin başçısı cənab Prezident İlham Əliyev yanvarın 17-də Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edərək iclasın moderatorunun suallarını cavablandırıb. O, öz çıxışında bir sıra mühüm əhəmiyyət kəsb edən məsələlərə toxunaraq bildirib ki, Azərbaycan öz qonşuları Gürcüstan və Türkiyə, Mərkəzi Asiya ölkələri ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırılıb.

Böyük tranzit imkanları olan ölkə kimi Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yaxın gələcəkdə yükaşırma qabiliyyəti 15 milyon ton olan Ələt Dəniz limanı 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb.  Bu gün ölkədə biznes mühitinin təkmilləşdirilməsi uğurun əsas amillərindən biridir və bu istiqamətdə ciddi işlər aparılır. Hazırda Azərbaycan Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikdir. Yeni avyomobil və dəmir yolları çıkilir, hava limanları tikilir.

Bütün bunlar onu deməyə əsas verir ki, zəngin təbii ehtiyatlara malik olan, əlverişli coğrafi-siyasi məkanda yerləşən Azərbaycanın beynəlxalq aləmlə əməkdaşlığa töhfələri davamlıdır və yüksək dəyərləndirilir.

Nur Axundlı – gənc sahibkar

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki