Xəbər verdiyimiz kimi, “Gənclik” metrostansiyasının Atatürk prospektinə çıxışında yerləşən köhnə avtobus dayanacağı sökülüb. Yeni dayanacaq isə əvvəlki yerdə deyil, birbaşa yolun hərəkət hissəsində inşa olunur. Həmin dayanacağın tikintisi üçün nə qədər vəsait xərcləndiyi maraq doğurur.
Yeni dayanacaq 2 milyon manata başa gələcək.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq. Lakin qurumun sözçüsü Tural Orucov sorğumuzu cavabsız qoydu.publika.az





























