“Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medallar qazanan Azərbaycan idmançılarının uğuru böyükdən-kiçiyə hər kəsin sevincinə səbəb olub. Hətta Prezident İlham Əliyev də qızıl medallar qazanan Azərbaycan idmançılarını təbrik edib.KONKRET.az xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru, general-mayor Natiq Əliyev paracüdoçumuz, Sumqayıt Olimpiya İdman Kompleksinin məşqçisi, 66 kq çəki dərəcəsində “Tokio-2020” Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısı Namiq Abaslı ilə bağlı təəssüratlarını bölüşüb. O Prezident İlham Əliyevin ali diqqəti sayəsində Azərbaycan idmanının yüksələn xətt üzrə inkişaf etməsindən, idmançılarımızın Olimpiya və Paralimpiya Oyunlarında, habelə digər mötəbər yarışlarda uğurlu iştirakından danışıb.
Natiq Əliyev dövlətin idmançılara olan dəstəyinin bundan sonra da davam etdiriləcəyini vurğulayıb və idmançılarımızı qələbəyə aparan yolun məhz Vətən sevgisindən keçdiyini bildirib. O, Namiq Abaslıya və Yaponiya paytaxtında mübarizəyə qoşulacaq digər idmançılarımıza uğurlar arzulayıb.
Analoq.az