image-reklam-veteninfo
image-resize-8backend

Gürcüstanlı mitropolit erməni kilsəsini küfrdə ittiham edib

image-reklam-veteninfo

Gürcüstan Pravoslav Kilsəsinin mitropoliti İov xütbəsi zamanı Erməni Apostol Kilsəsini tənqid edərək pravoslavlığı yeganə həqiqi inanc adlandırıb.

Vətəninfo.az xəbər verir ki, Gürcüstan Pravoslav Kilsəsinin Urbnisi və Ruisi yeparxiyasının mitropoliti İov (Yelquja Akiaşvili) çıxışı zamanı Erməni kilsəsini küfrdə ittiham edib.

Ermənistan mətbuatının yaydığı məlumata görə, mitropolit dindarlar qarşısında etdiyi xütbədə ermənilərin xristianlığı ilk qəbul edən xalq olmaları ilə fəxr etmələrini tənqid edib.

O bildirib ki, ermənilərin bu məsələ ilə bağlı qürur duymaları və özlərini üstün tutmaları onları küfrə aparıb.

Mitropolit xütbəsində Gürcüstanda xristianlığın yayılmasında müqəddəslərin rolunu vurğulayıb və qonşu ölkədəki ermənilərin xristianlığı ilk qəbul edənlər olması ilə bağlı iddialarına toxunub.

İov, həmçinin Gürcüstanda yaşayan ermənilərin böyük əksəriyyətinin pravoslav xristian olduğunu söyləyib.

O, pravoslavlığın yeganə həqiqi din olduğunu iddia edərək çıxışını bu inancın davamçısı olmalarına görə Allaha şükür etməklə yekunlaşdırıb.

Mitropolitin çıxışından video görüntülər Ermənistan mətbuatında və sosial şəbəkələrdə yayılıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki