image-1backend

Hava limanında Maradonanın heykəli ucaldılıb

image-reklam_sirab_01

Buenos-Ayresın əsas beynəlxalq hava limanında Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradonanın yeni heykəli qoyulub.

Vətəninfo.az xəbər verir ki, bu barədə ölkənin hava limanlarını idarə edən “Aeropuertos Argentina 2000” mətbuat yayıb.

“AA2000 Ezeiza Beynəlxalq Hava Limanında” Maradonanın 1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatındakı obrazını əks etdirən 10 nömrəli heykəlin açılışı olub”, – deyə məlumatda deyilir.

AA2000-nin sahibi Eduardo Ernekian şəxsən Maradonaya onun heykəlini ucaltmağı təklif edib, mərhum oyunçu isə Ezeiza hava limanında olmasını istəyib.

Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də 61 yaşında vəfat edib. Onun ölümünə ürək çatışmazlığı səbəb olub. Maradona 1981 – 1982 və 1995 – 1997-ci illərdə “Boka Xuniors”da çıxış edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki