image-hebibbackend

Həbib əfqanlardan üzr istədi: “Məni bağışlayarlar”

image-reklam_sirab_01

Sabiq UFC çempionu Həbib Nurməhəmmədov əfqanıstanlı azarkeşlərindən üzr istəyib.

Veteninfo.az xəbər verir ki, Həbib Əfqanıstanda baş verən hadisələrə münasibət bildirmək istəməmişdi.

O, bunu siyasi hadisələrə qarışmaq istəməməyi kimi dəyərləndirmişdi. Bu da onun əfqanıstanlı pərəstişkarlarını qəzəbləndirmişdi. Bunu nəzərə alan Həbib üzr istəməli olub:

“Siyasi hadisəyə münasibət bildirmək istəmirdim. Amma əfqanıstanlı pərəstişkarlarımdan olduqca çılğın reaksiyalar gəldi.

Açıqlamaya bir daha nəzər saldım. Orda qeyd edilib ki, guya min kilometrlərlə uzaqda baş verənlərin mənə dəxli yoxdur.

Mənim əfqanlarla çox yaxşı münasibətim var. San-Xose yaxınlığında çoxlu əfqan yaşayır. Onların arasında müxtəlif sahələri təmsil edən xeyli dostum var.

Məni səhv anlayıblar. Sadəcə, siyasi vəziyyəti şərh etmək istəməmişəm. Buna görə əfqanlardan üzr istəyirəm. İnşallah, məni bağışlayarlar. Təkrar edirəm, sadəcə siyasətə qarışmaq istəməmişəm.

Əfqanıstan tarix boyu çox sınaqlar verib. Bu ölkənin düşdüyü duruma görə üzgünəm. Onlara ən xoş arzularımı çatdırıram”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki